YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaxda Milli Qurtuluş Gününə həsr olunan voleybol birinciliyi keçirilib

Qaxda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə oğlanlardan və qızlardan ibarət komandalar arasında voleybol üzrə rayon birinciliyi keçirilib. Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayonun müxtəlif məktəblərini təmsil edən komandalar mübarizə aparıb.

Yarışın açılış mərasimində çıxış edən YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov bildiriblər ki, ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilməsi müasir tariximizdə yeni mərhələnin başlanğıcı oldu və iyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu qurtuluşla isə dövlətçiliyimizin gələcək mövcudluğunun təməl daşı qoyuldu. Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtuldu.

Yekun nəticələrə əsasən, qızların yarışında “Şimşək” komandası qalib adını qazanıb. Sonrakı yerləri “Qartal” və “Ulduz” komandaları tutublar. Oğlanların yarışında isə “Kürmük” komandası birinciliyin qalibi olub. “Şahinlər” və “Şahin” komandaları isə yarışı ikinci və üçüncü pillədə başa vurublar.

Qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.