YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş - xalqın və onun Lideri Heydər Əliyevin möhtəşəm zəfəri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin, YAP Kürdəmir rayon təşkilatının, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə təhsil sektorunun əməkdaşları, İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin könüllüləri iştirak ediblər.

Əvvəlcə15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, YAP Kürdəmir rayon təşkilatının baş məsləhətçisi Məhəmməd Heydərli, Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev bildiriblər ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin gün xalqımızın böyük oğlu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.

Vurğulanıb ki, Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.