YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Postmüharibə dövründə 45 nəfər müharibə əlili aktiv məşğulluq tədbirlərinə cəlb olunub

Postmüharibə dövründə 45 nəfər müharibə əlili aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Onların bir hissəsi peşə kurslarını bitirərək şəhadətnəmələr alıb, bir hissəsi isə kurslarda təhsilini davam etdirir. Onlardan 3 nəfəri Türkiyənin Antalya şəhərində əlilliyi olan şəxslərin iştirakı ilə tədbirdə iştirak edib.

Bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında deyib.

Onun dediyinə görə, əlilliyi olan şəxslərin Peşə Reabilitasiya Mərkəzində 22 müharibə əlili müxtəlif peşələrə yiyələnir.

Sədr onu da qeyd edib ki, postmüharibə dövründə 455 şəhid ailəsi və müharibə əlilinə sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayış verilib, 41 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb olunub, 60 qazi üçün motivasiya düşərgələri təşkil olunub.