YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: İlk növbədə Qarabağ problemi həll olunmalıdır

Bizimlə və qardaşlarımızla problemi olan erməni diasporu və Ermənistan dövlətidir. Qondarma “erməni soyqırımı” iddiaları və Qarabağın işğaldan azad edilməsi istiqamətində müsbət addımlar atsalar, onlarla hər növ əməkdaşlığa hazırıq. Bu iradəni, bu cəsarəti göstərəcək erməni siyasətçiləri, Ermənistan rəhbərliyi ilə görüşməyə, danışmağa daim hazırıq. Amma, ilk növbədə Qarabağ problemi həll olunmalıdır.
Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma “erməni soyqırımı” ilə bağlı Roma Papası Fransiskin sözlərini və Avropa Parlamentinin qətnaməsini kəskin tənqid edərkən deyib. Qardaş ölkənin dövlət başçısı bir daha bildirib ki, Türkiyə Birinci Dünya müharibəsinə dair arxivləri açıq elan edib. Əgər Ermənistanın və başqa ölkələrin də arxivləri varsa, onlar da açsınlar.
Türkiyə mediasının məlumatına görə, dövlət başçısı qeyd edib ki, qondarma “erməni soyqırımı” ilə bağı əsasız bəyanatlar verən avropalıların məqsədi heç də ermənilərin hüquqlarını qorumaq deyil. O bildirib ki, Türkiyə dövləti bu ölkədə yaşayan ermənilərin hüquqlarını tam təmin etməklə bərabər, Ermənistandan gələnlərə də sığınacaq verib. Amma bu humanistlik Avropada yoxdur.

 

DİGƏR Xəbərlər Arxiv