YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatının yeni ərazi partiya təşkilatları təsis edilib

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni məhəllə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev 15, 3-cü mədən ərazisi üzrə yeni ərazi partiya təşkilatları təsis edilib.

Bu münasibətlə keçirilən təsis iclaslarında çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olunan 15 iyun 1993-cü il tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. 15 iyun həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan ulu öndər Heydər Əliyevdir. Vurğulanıb ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Digər çıxış edənlər də Milli Qurtuluş Günündən başlayan inkişaf yolunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyiblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. Aidə Əhmədova Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni məhəllə üzrə, Səxavət Əsədov isə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev 15, 3-cü mədən ərazisi üzrə yaradılan yeni ərazi partiya təşkilatlarına sədr seçiliblər.