YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev bütün dünyaya Azərbaycanı Qalib dövlət kimi tanıtdı

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycan XX əsrin sonlarında ikinci dəfə müstəqillik qazansa da bu müstəqilliyimizi istər daxildə, istərsə də xaricdə istəməyən güclü qüvvələr var idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızı işğal etməsi, eləcə də daxildəki siyasi qüvvələrin hakimiyyət uğrunda çəkişmələri dövlətimizi təmamilə zəiflətmiş, məhv olmaq təhlükəsi yaratmışdır. 1992-ci ildə AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi ilə Azərbaycanda siyasi-iqtisadi böhran daha da dərinləşdi. Hakimiyyətin başında duran insanların səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması nəticəsində Azərbaycanda qanunsuz silahlı dəstələr yarandı. Məhz bu səriştəsizliyin və ölkədə baş alıb gedən hərc-mərcliyin nəticəsində regionlarda separatçılıq, parçalanma meyilləri baş qaldırdı. Ölkəmizdə vəziyyət qarşısıalınmaz bir həddə gəlib çıxmışdır. Hakimiyyətdə yüksək post tutan bir çox məmurlar özlərinə silahlı dəstələr yaratmışdılar. Respublikamızda vətəndaş müharibəsi başlamış və qardaş qırğını törədilmişdir. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü baş verən bu hadisələrin qarşısında acizlik göstərirdi, yalnız hakimiyyətdə qalmaq haqqında düşünürdülər. Xalq acınacaqlı vəziyyətə düşmüşdü. Xarici siyasətdə də böyük uğursuzluqlar hökm sürürdü. Qonşu ölkələrlə münasibətlər korlanmış, Azərbaycan dünyadan təcrid olunmuş vəziyyətdə idi. Dünya dövlətləri ilə iqtisadi-siyasi əlaqələr təmamilə dağıdılmışdır. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə Azərbaycanda baş alıb gedən anarxiya, xaos, özbaşınalıq nəticəsində iqtisadiyyat təmamilə çökmüş, torpaqlarımız ermənilər tərəfindən işğal edilirdi. Azərbaycan dövlətinin əsl müstəqilliyi, suverenliyi, bir dövlət kimi inkişaf etməsi Qurtuluş Günündən başladı. Azərbaycan xalqının erməni təcavüzünə son qoyacaq, əhalinin sosial vəziyyətini yaxşılaşdıracaq, ölkəni vətəndaş müharibəsindən xilas edəcək, öz xalqını, dövlətini sevən bir Liderə ehtiyacı var idi. Xalq inanırdı ki, ölkəni bu ağır günlərdən xilas edəcək və dövlətin suverenliyini bərpa edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız güclü bir dövlət qurmaq üçün dahi şəxsiyyət olan Heydər Əliyevin ətrafında sıx birləşməyin vacib olması barədə müdrik bir qərar verdi. 1993-ci il iyunun 9-da Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının çağırışına səs verərək Bakıya qayıtdı. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını yaşanacaq daha böyük bəlalardan xilas etdi. Ümummilli lider Heydər Əliyevin qayıdışı ölkəmizin, xalqımızın taleyində dönüş günü oldu, böyük inkişafa, gözəl gələcəyə doğru addım atıldı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 15 iyun tarixi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gün oldu - Milli Qurtuluş Günü. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir. Heydər Əliyevin adı Azərbaycan tarixinə Vətəninin, xalqının xilaskarı kimi yazıldı. Məhz Ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini yaratdı, eləcə də dövlətimizdə sabitliyin, əmin-amanlığın, bərqərar olmasına nail oldu. Ulu öndər Heydər Əliyevin arzusu Azərbaycan dövlətini bütöv görmək idi. Ümummilli lider Heydər Əliyev məcburi köçkünlərlə görüşlərində işğalda qalan torpaqlarımıza mütləq dönəcəyimizi qətiyyətlə vurğulayırdı. Ulu öndərin yeritdiyi siyasi-iqtisadi siyasətinin başında işğal altında olan torpaqlarımızı işğaldan azad edilməsi dururdu. Ulu öndər Heydər Əliyev hər zaman "Biz bu torpaqlarsız yaşaya bilmərik"-deyirdi. Azərbaycan xalqının Heydər Əliyevə olan tükənməz inamı, Heydər Əliyev şəxsiyyətinin qüdrəti, əzəməti ulu öndərin öz xalqına sevgisi və məhəbbəti nəticəsində bu günkü güclü Azərbaycan dövləti formalaşmışdır. Ulu öndər Azərbaycanı parçalanmaqdan xilas etdi, ölkədə qayda-qanun bərpa olundu, güclü ordu quruculuğunun təməlini qoydu. Ölkəmizdə qanunsuz silahlı birləşmələrin dövlət çevrilişi cəhdlərinə son qoyuldu. İlk parlament seçkiləri keçirildi, Konstitusiya qəbul edildi. Azərbaycanın dünyaya inteqrasiya olunmasına eləcə də ölkədə iqtisadi və siyasi islahatlara başlanıldı və çox partiyalı bir sistem yaradıldı. Ulu öndər Heydər Əliyevin sayəsində Qarabağ müharibəsində atəşkəsə nail olundu. Atəşkəsə nail olunduqdan sonra Azərbaycanın iqtisadi inkişafının əsası qoyuldu və qələcəkdə böyük Qələbəmizin qazanılması üçün şərait yaradıldı. Neft konkraktlarının imzalanması ilə Azərbaycan dövləti sürətli və dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlərin nəticəsidir ki, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordu sırasında yer alır. Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi şücaət, xüsusilə Şuşanın işğaldan azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyat bir çox dünya ölkələrinin ordularında öyrənilir. Əminliklə söyləyirik ki, ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisi və memarıdır. Ümummilli lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi Vətəninə, xalqına həsr etmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətimizin inkişafı və tərəqqisi üçün alternativi olmayan Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada öz gücünü və nüfuzunu durmadan artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün dünyaya Azərbaycanı Qalib bir dövlət, Azərbaycan xalqını isə qəhrəman bir xalq kimi tanıtdı.