Xəbərlər
YAP Xaçmaz rayon təşkilatı ərazi partiya təşkilatı sədrlərinin iştirakı ilə yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı ərazi partiya təşkilatı sədrlərinin iştirakı ilə yığıncaq keçirilib.
Əvvəlcə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov struktur dəyişikliyi ilə əlaqədar yeni təyin olunan aparat işçilərini yığıncaq iştirakçılarına təqdim edib. Sonra ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələrdən danışaraq onlara tövsiyələrini verib.
Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının müavini G.Nürəddinova, YAP Xaçmaz rayon təşkilatı sədrinin müavini E.Tağıyev, rayon Ağsaqqallar Şurasının sədri M.Abasov və digər partiya fəalları çıxış ediblər.