YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Ulu Öndər Heydər Əliyev tarixi xilaskarlıq missiyasını öz üzərinə götürərək Azərbaycanı bütün təhlükələrdən xilas etdi

XX əsrin sonlarında Azərbaycanda hər bir sahədə ağır böhran, xaos, nizamsızlıq hökm sürürdü. Digər tərəfdən də AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyində tüğyan edən hərc-mərclik mövcud böhranı daha da dərinləşdirirdi. Artıq vəziyyət o qədər çətinləşmişdi ki,  Azərbaycan bir dövlət kimi məhv olma təhlükəsi ilə üz- üzə qalmışdı. Xalqımızı belə çətin və ağır vəziyyətdən yalnız və yalnız, hər zaman ən çətin günlərdə xalqının yanında olan, adını tarixə vətəninin, xalqının xilaskarı kimi həkk edən Heydər Əliyev dühası xilas edə bilərdi. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyev, tarixi xilaskarlıq missiyasını öz üzərinə götürərək Azərbaycanı xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi kimi təhlükələrdən xilas etdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində çox qısa müddət ərzində ölkəmizdə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı.Bu proseslərin davamı olaraq idarəetmə sistemi formalaşdırıldı, neft müqavilələri imzalandı. Bütün bunlar  Azərbaycanda böyük iqtisadi dirçəlişin yaranması ilə nəticələndi. Eyni zamanda qanunvericilik sahəsində də böyük islahatlar aparıldı, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Bununla da ölkədə hökm sürən ictimai-siyasi böhran aradan qalxmaqla yanaşı Azərbaycanın sürətli inkişafının əsası qoyuldu. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 15 İyun Milli Qurtuluş günü dövlətçiliyimizin şanlı qürur səhifələrindən biridir. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu gün Azərbaycanın inkşafında və əldə etdiyi bütün uğurların kökündə Heydər Əliyev siyasəti dayanır. Əsası Ümumilli Liderimiz tərəfindən qoyulmuş bu siyasət bu gün cənab Prezident, ölkə başçımız İlham Əliyev tərəfində uğurla və layiqincə davam etdirilir: “Bu gün Azərbaycan, dahi Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarını işğaldan azad etmiş, qalib xalq kimi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Xalqımız öz xilaskarı Heydər Əliyevi hər zaman dərin hörmət və ehtiramla yad edir.”