YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda tədbir keçirilib

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı və “Heydər Əliyev prospekti 204” ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Heydər Əliyev prospekti 204” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Faiq Rüstəmov bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Tədbirdə çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb.

Tədbirdə çıxış edən digər natiqlər ulu öndər Heydər Əliyevin layiqlı davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişaf etdiyini və dünya ölkələri sırasında özünə layiqli yer tutduğunu söyləyiblər.