YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə Kəlbəcər sakinləri ilə görüş keçirilib

Milli Məclisin deputatı Aqil Məmmədov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, idarə, müəssisə rəhbərləri və nümayəndələri Gəncə şəhərinin Gülüstan qəsəbəsində Kəlbəcər rayonundan olan sakinlər ilə görüş keçiriblər.

Görüşdə Kəlbəcər rayonunda aparılan yol infrastrukturu ilə bağlı görülən işlərdən danışılıb. Əhalinin doğma yurdlarına köçürülməsinə dair məsələlərə toxunulub.

Kəlbəcərdə aparılan bərpa-quruculuq işlərindən danışan deputat Aqil Məmmədov bildirib ki, çətin relyef və hava şəraitinə baxmayaraq müxtəlif sahələr üzrə işlər davam etdirilir.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa işlərindən söz açıb. Bildirib ki, Kəlbəcərə səfəri zamanı dövlət başçısı “İstisu” sanatoriyasına baş çəkib, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işləri ilə tanış olub.

Qeyd edilib ki, “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir. Arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərə şərait yaradılıb ki, onlar öz təsərrüfatlarını Kəlbəcərə aparsınlar.

Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşılıb, onların qaldırdığı məsələlər ilə bağlı tapşırıqlar verilib.