YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Kürdəmirdə seçiciləri ilə görüşüb

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatında seçiciləri ilə görüş keçirib.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılovun da iştirak etdiyi görüşdə Əhliman Əmiraslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Milli Məclisin komitə sədri seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib.

Görüşdə iştirak edən seçicilər onları narahat edən problemlərin həllində göstərdiyi dəstəyə görə Ə.Əmiraslanova minnətdarlıqlarını ifadə ediblər.

Akademik əminliklə vurğulayıb ki, seçiciləri narahat edən məsələləri daim diqqət mərkəzində saxlayacaq, hər zaman mümkün köməkliyi göstərəcək.