YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabulda partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Günü münasibətilə partiya veteranları ilə görüş keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə müasir müstəqil Azərbaycanın dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov bildirib ki, müstəqillik tariximizin ən şərəfli, ən müqəddəs bayramlarından olan 15 İyun - Milli Qurtuluş Günündən ötən 29 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.

Qeyd olunub ki, Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ata vəsiyyətini yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovin sözlərinə görə, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

YAP Hacıqabul rayon təşkilatının veteran üzvləri Balaxanım Ələskərova, Məhəmməd Hacıyev və Xəlfəli İsrafilov çıxışlarında ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında tarixi xidmətlərindən danışıblar.

Tədbirin sonunda YAP Hacıqabul rayon təşkilatının ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərmiş bir qrup partiya veteranına fəxri fərmanlar təqdim olunub.