YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib

Gəncədə 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsinin təqdim edilməsi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov açaraq, görüşün əlamətdar bir dövrə təsadüf etdiyini deyib. Bildirib ki, 29 il əvvəl adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Müasir Azərbaycanın dünyada söz və nüfuz sahibi bir dövlət kimi formalaşması Ümummilli Liderin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, uzaqgörən siyasi fəaliyyətinin bəhrəsidir.

Qalib Azərbaycanın tarixinin ulu öndər Heydər Əliyev zirvəsindən geniş bəhs edən Nurəddin İbrahimov bildirib ki, artiq 2 ildir ki, Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndər Heydər Əliyevin arzuları artıq reallığa çevrilib.

N.İbrahimov onu da vurğulayıb ki, vətəndaşlarımızın, xüsusilə gənclərimizin cəmiyyətimizin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası sıralarına böyük həvəslə qoşulması, onların yüksək siyasi yetkinliyindən xəbər verir. İnanırıq ki, YAP sıralarına yeni qoşulan üzvlər də partiyanın həyatında fəal iştirak edəcək, ictimai fəallıqla yanaşı yüksək bilik və peşə ixtisas hazırlığı nümayiş etdirəcəklər.

Tədbirdə YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.