YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda “Qurtuluşdan Zəfərə” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı Rayon İcra Hakimiyyəti, Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı rayon Gənclər və İdman İdarəsi və Masallı “Gənclər evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda partiya veteranları və gənclər arasında tədbir keçirilib.

YAP Masallı rayon təşkilatında baş tutan tədbirdə Masallı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı Gənclər Evi SXM-in müdiri Fuad Mənsimov, partiya veteranları və fəal gənclər iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında geniş məlumat verib.

Digər çıxış edənlər azərbaycançılıq məfkurəsinin mahiyyətindən, Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar.

Sonda gənclərin sualları cavablandırılıb.