YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Postmüharibə dövründə 1400-dən çox müharibə əlili reabilitasiya vasitələri ilə təmin edilib

Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Postmüharibə dövründə mərkəzlərdə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

A.Bayramovun sözlərinə görə, 44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksəktexnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub.

Postmüharibə dövründə isə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub.