YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan 122 ölkə ilə ticarət əməliyyatı aparıb

Bu ilin birinci rübündə Azərbaycan 122 ölkə ilə 5 mrld. 812 mln.135 min dollar məbləğində ticarət əməliyyatı aparıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə,ticarət dövriyyəsinin 3 mlrd. 383  mln. 686  min dolları ixracın, 2 mlrd. 428 mln. 448 min dolları idxalın payına düşüb. Beləliklə, hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsində 955 mln. 237 min dollar həcmində müsbət saldo yaranıb.

İlin birinci rübündə 4 576 çeşiddə mal idxal olunub, 950 çeşiddə mal isə ixrac edilib.