YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəli Yıldırım: Regionda sülhü və rifahı daimi etmək üçün daha çox əməkdaşlığa ehtiyacımız var

Regionda sülhü və rifahı daimi etmək üçün daha çox əməkdaşlığa ehtiyacımız var. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq, eləcə də regional təşkilatların heç biri rəqib deyil, hər bir qurumun əsas məqsədi qlobal sülhə nail olmaqdır.

Bu fikirləri İstanbulda jurnalistlərə açıqlamasında Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ifadə edib.

Binəli Yıldırım deyib: “Avrasiya coğrafiyasının onurğa sütununu təşkil edən zolaq Qərbi Avropadan Uzaq Şərqə uzanan, əsrlər boyu həm tarixi, həm mədəniyyəti, həm də kommunikasiya əlaqələri ilə fərqlənən regiondur. Bu gün, xüsusilə pandemiya və isti qarşıdurmaların başlaması ilə bəhs etdiyimiz regionun əhəmiyyəti daha da aydın olur”.

O qeyd edib ki, Avrasiya regionu bəşəriyyətin 70 faizindən çoxunu qidalandıran spesifik bir coğrafiyadır: “Dolayısıyla, 25-ci Avrasiya İqtisadi Zirvəsində müzakirə etdiyimiz əsas məsələlərdən biri də, həmin bölgədə yerləşən ölkələrin infrastrukturlarının bir-biriləri ilə uyğun şəkildə formalaşdırılmasıdır. Hazırda Türkiyədə, Balkanlarda, Qafqazda çox ciddi infrastruktur layihələri həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolu, İstanbulda iki qitəni birləşdirən "Avrasiya", "Marmaray" keçidləri bu işlərdən bəziləridir".

DİGƏR Xəbərlər Arxiv