YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Daşkəsən rayon təşkilatı Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı Əmirvar ərazi partiya təşkilatında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı.

O da vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi ilə xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.