YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edilib

Türkiyə Respublikasının siyasi xadimi, Türkiyə Respublikasının sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma Azərbaycan ilə Türkiyə arasında dostluq, siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.

Təqdimat mərasimində çıxış edən “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, daim Vətənimizin müstəqilliyini dəstəklədiyini deyib.

Azərbaycan və Türkiyənin bölgədə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm layihələri birgə reallaşdırdıqlarını xatırladan baş redaktor deyib: “Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin mövcud səviyyəsindən olduqca məmnunuq. Bizim xalqlarımızın qardaşlığının və dostluğunun tarixi dərin köklərə söykənir. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında hər iki ölkənin rəsmi şəxslərinin xüsusi rolu var. Bunun nəticəsidir ki, Azərbaycan ilə Türkiyənin dövlət qurumları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq uğurla inkişaf edir”.

Baş redaktor Emil Nəsirli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçirdiyi görüşlərin hər iki ölkənin ictimai-siyasi və sosial-iqtisadi sahələrdə həyata keçirdikləri strategiyanın uğurlu davamı olduğunu qeyd edib.

Emil Nəsirli onu da bildirib ki, ikitərəfli əlaqələrə qarşılıqlı dəstəyin vacibliyinin xüsusi əhəmiyyəti var, Azərbaycan xalqı qarşılıqlı olaraq Türkiyə Prezidentinin dostluğuna hörmət və sevgi ilə yanaşır, eləcə də bu dostluq münasibətlərini yüksək qiymətləndirir.

“Sizin Azərbaycan və qardaş Türkiyə arasında əlaqələrin inkişafında böyük xidmətləriniz var. Sizin Türkiyə Respublikasında nüfuzlu ictimai-siyasi xadim kimi ən məsul vəzifələrdə olduğunuz dövrlərdə Azərbaycana səfərləriniz, Prezident İlham Əliyevlə görüşləriniz, ölkəmizə və xalqımıza olan dostluq və qardaşlıq münasibətiniz bir daha sübut edir ki, iki ölkə arasında münasibətlər başlıca olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi və bir sıra digər mütərəqqi prinsiplərə söykənir”, - deyən Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından “Azərbaycanın dostu" qızıl ordeni ilə təltif olunması münasibətilə Binəli Yıldırımı bir daha təbrik edib.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım öz növbəsində "Azərbaycanım" beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivinə təşəkkürünü bildirib, ölkələrimiz arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.