YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Samux rayon təşkilatında gənclərin iştirakı ilə dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında “Prezident İlham Əliyevin apardığı uğurlu siyasət ölkəmizin hərtərəfli və davamlı inkişafını təmin edir” mövzusunda gənclərin iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, cənab Prezidentimizin uğurlu siyasəti nəticəsində Azərbaycan regionun enerji mərkəzinə çevrilib və məlum səbəblərdən dünyada bu sahədə yaşanan böhranın aradan qaldırılması istiqamətində ölkəmizin malik olduğu potensial yüksək qiymətləndirilir. Vurğulayıb ki, bütün bunların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezdent cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən enerji siyasətinin təzahürüdür.

Prezident cənab İlham Əliyevin 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Cənub Qaz Dəhlizi layihəsindən bəhs etdiyini xatırladan G.Bayramov qeyd edib ki, bu layihə enerji böhranının baş alıb getdiyi bir zamanda Avropanın enerji təminatında əhəmiyyətli rola malikdir. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu layihənin reallaşdırılması ölkəmizin gücünü, bir daha təsdiqləyir.

Tədbirdə çıxış edənlər tərəfindən vurğulanıb ki, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanla əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərirlər. Ölkəmiz hazırda regionda sabitləşdirici faktor kimi çıxış edir.