YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda Vətən müharibəsi şəhidinin ildönümü mərasimi keçirilib

Ağdaş rayonunun Qaradeyin kəndində Vətən müharibəsi şəhidi Məsimov Əkbər Yunus oğlunun ildönümü mərasimi keçirilib.

Mərasimdə  Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, YAP Ağdaş rayon təşkilatı sədri Əlişah Rəcəbov və partiya fəalları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, döyüş yolu barədə söhbət açılıb, anasına başsağlığı verilib.

Qeyd edək ki, Məsimov Əkbər Yunus oğlu 5 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Əkbər Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Məsimov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 7 iyun 2021-ci ildə Əkbər Məsimovun nəşi tapılıb və həmin gün Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunub. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.