YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Rauf Əliyevin doğum günündə xatirəsi anılıb

Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Rauf Səxavət oğlu Əliyevin doğum günündə əziz xatirəsi yad olunub.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhidin döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə əklil qoyub, ruhuna dualar oxuyublar.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edildiyi, onların əziz xatirələrinin daim uca tutulduğu diqqətə çatdırılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılan Rauf Əliyev Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, 2020-ci il oktyabrın 22-də Hadrut qəsəbəsi uğrunda gedən döyüşlər zamanı şücaət göstərərək qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əliyev Rauf Səxavət oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv