YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın şaxələndirilmiş ixrac marşurutları

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti və neft-qazstrategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyev demişdir: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".

Bu gün ölkəmizin bir çox dövlətlərlə qurduğu qarşılıqlı əməkdaşlıq əlaqələri, eyni zamanda həyata keçirilən balanslaşdırılmış və müstəqil xarici siyasəti, həmçinin sabit və etibarlı imici Azərbaycanı etibarlı tərəfdaş kimi cəlbedici edən amillərdəndir. Bir sıra dövlətlər, həmçinin Avropa dövlətləri Azərbaycanla bütün sahələrdə, o cümlədən enerji sahəsində əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Hazırda Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına öz töhfəsini verməkdədir. Gələcəkdə isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin əhəmiyyətli dərəcədə rolu olacaq.

Bu günlərdə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Bu mötəbər tədbirin açılışında çıxış edən Prezident İlham Əliyev demişdir: “Hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var – müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq.”

Bəli, bu gün Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda elektrik enerjisi ixrac edən ölkə kimi tanınır. Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsindən ibarətdir.

Hazırda dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri tərəfindən Azərbaycanda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyasının inşası, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bu sahədə nəzərdə tutulan işlər böyük həcmdə təbii qaza qənaət etməyə və ixrac imkanlarımızı genişləndirməyə şərait yaradacaq.

Beləliklə, ölkə Prezidentimizin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində enerji sektorundan əldə etdiyimiz gəlirlər Azərbaycan xalqının firavan gələcəyinə xidmət edəcəkdir.