YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Samux rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət edən namizədlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov partiyaya üzv olmaq üçün müraciət edən namizədlərlə görüş keçirib.

Gündüz Bayramov Partiyanın Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətdən, onun uğurlu nəticələrindən, partiya üzvləri qarşısında dayanan vəzifələrdən danışıb. Bildirib ki, bugünkü reallıqlar və faktlar sübut edir ki, aparılan düzgün və məqsədyönlü siyasətin bəhrəsi olaraq Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilməklə, dünyanın davamlı olaraq inkişafda olan dövlətidir. Sözsüz ki, əldə olunan böyük nailiyyətlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ulu Öndərin ideyalarının, müəyyənləşdirdiyi strategiyanın reallığa çevrilməsində müasir dövrün müdrik lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik, praqmatik siyasəti mühüm rol oynayıb. Qürurverici haldır ki, partiya üzvlərimiz ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldırlar və ölkədə həyata keçirilən siyasi, iqtisadi, humanitar, sosial tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin, ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.

Daha sonra çıxış edən partiya veteranları Şəmistan Yusifov və Gəray Bayramov Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında, dövlətin güclənməsində, xalqımızın rifah halının yüksəlməsindəki misilsiz xidmətlərindən danışıb, namizədlərə tövsiyələrini veriblər.

Partiyaya üzv olmaq üçün müraciət edən namizədlər YAP-ın fəaliyyətini, Prezident cənab İlham Əliyevin uğurlu siyasətini dəstəklədiklərini vurğulayıblar.

Daha sonra bir neçə nəfərə üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv