YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə-Azərbaycan diplomatik əlaqələri yüksələn xətt üzərindədir

Rövlan Heydərov

YAP Naftalan rayon təşkilatının sədri

1992-ci il yanvarın 14-də qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur. Ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır.

Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasını sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım kimi qiymətləndirən Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd edib ki, bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoyub. Azərbaycan və Türkiyə Prezidentləri mətbuata birgə bəyanatlarla çıxış etdilər. Bu, mətbuata yox, əslində, dünyaya verilən bəyanat idi. Belə ki, Azərbaycan-Türkiyə qardaşlığının Şuşa zirvəsindən verilən mesajları hər kəs eşitdi.

Mayın 14-də Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyədə Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu bir daha sübut etdi.

Qardaşlığımızı daha da gücləndirəcək mühüm tədbirlərdən cari ilin 28 may tarixində Müstəqillik Günündə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalını qeyd etməliyik.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev festivalda çıxış edərək qeyd etdi ki, biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla bərabər, türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı , həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan kimi gənclər böyük örnək olan  hörmətli Əziz Səncər  və “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarı, gənclər üçün gözəl örnək və nümunə olan  Selçuk Bayraktarın da iştirak etməsi bizim üçün fərəhləndirici və olduqca qürürlandırıcı bir abu-hava yaratdı.

Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaqdır.Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Türkiyə Respublikasının, qardaş Türkiyə xalqınının nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaqdır. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcəkdir.

DİGƏR Xəbərlər Arxiv