YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şalva Papuaşvili: Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığa böyük önəm veririk

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Gürcüstanla parlamentlərarası dostluq qrupunun sədri Halil Etyemez və qrupun üzvləri ilə görüşüb.

Bu barədə Gürcüstan parlamentindən məlumat verilib.

Bildirilib ki, görüşdə Gürcüstan ilə Türkiyə arasında müxtəlif sektorlarda uzunmüddətli sıx əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Qanunverici orqanlar arasında əlaqələrin son vaxtlar intensivləşməsi yüksək qiymətləndirilib. Görüşdə regional əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.

Ş.Papuaşvili qeyd edib ki, onun ölkəsi Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığa böyük önəm verir. Onun sözlərinə görə, bu gün əsas diqqət regional sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara yönəldilib.

Parlamentin sədri Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib. Söhbət zamanı tərəflər strateji tərəfdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər.