YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Polşa Prezidenti: Azərbaycan Cənubi Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır

Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində çox yaxşı səviyyədə olan siyasi münasibətləri inkişaf etdirməyə, ticarət əlaqələrini, ənənəvi dostluğu və əməkdaşlığı dərinləşdirməyə nail olduq.

Bu barədə Polşa Respublikasının Prezidenti Andjey Dudanın Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilir.

Məktubda daha sonra deyilir: “Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. 2017-ci ildə Varşavaya səfəriniz zamanı Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır”.

Polşa Prezidenti dövlətlərimiz, xalqlarımız arasında əlaqələrin və əməkdaşlığın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

DİGƏR Xəbərlər Arxiv