YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda “Şuşa ili” çərçivəsində növbəti tədbir keçirilib

Nizami rayonunda, 201 nömrəli tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Şuşa dünən, bu gün, sabah”  mövzusunda tədbir keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin rəhbəri İlkin Həsənov, İdarənin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, əməkdar elm xadimi, professor Fərrux Rüstəmov, Bakı Dövlət Universitetinin Yeni media və Kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, 201 saylı tam orta məktəbin direktoru Afaq Əliyeva, eləcə də Vətən müharibəsi qaziləri, rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə məktəbin foyesindəki sərgi ilə tanış olublar, Qarabağa həsr edilmiş yaradıcı guşələrə tamaşa ediblər. Akt zalında davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu dünyanın hərb tarixinə düşən hərbi əməliyyat ilə Şuşa şəhərini düşməndən azad edib və bu gün üçrəngli Azərbaycan bayrağı orada qürurla dalğalanır. Vurğulanıb ki, müzəffər Azərbaycan Ordusu qarşı tərəfin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini – milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin rəmzi olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı, Cıdır düzünü, İsa bulağını, Xarıbülbülümüzü öz canı və qanı bahasına əbədi olaraq xilas edib.

Çıxışlardan sonra məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib, tədbir çərçivəsində keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıblar.

DİGƏR Xəbərlər Arxiv