YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında 28 May - Müstəqillik Gününə həsr edilmiş “Şanlı tarix - şanlı respublika” mövzusunda tədbir keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söyləyib. Bildirib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti nəhəng işlər görüb, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub. XX əsrin sonlarında keçmiş SSRİ-nin süqutundan sonra Azərbaycanın yenidən dövlət müstəqilliyini bərpa etdiyini qeyd edən G.Bayramov müstəqilliyimizin əbədi və dönməz xarakter almasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib.

Partiyanın fəal gəncləri Aytən Məmmədova, Vidadi İsayev, Raminə Həsənova, Svetlana Məmmədova və Ramin Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıblar.