YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Selçuk Bayraktar Şuşaya səfər edib

“TEKNOFEST Azərbaycan”ın Türkiyədən olan nümayəndə heyəti mayın 27-də erməni işğalından azad olunan Şuşaya səfər edib.

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın da tərkibində olduğu nümayəndə heyəti Şuşada erməni vandalizminin izləri, eləcə də aparılan tikinti-quruculuq işləri ilə tanış olacaqlar.

Cıdır düzü ilə tanışlıq zamanı Selçuk Bayraktar jurnalistlərə açıqlamasında bildirib ki, “bizim başqalarının torpaqlarında gözümüz yoxdur. Torpaqlarımızda gözü olanlara qarşı isə hər zaman hər cür vasitə ilə mübarizə aparacağıq. Buraya yüksək texnologiya, elm və digər sahələr də aiddir”.

Şuşanın erməni işğalından azad olunmasından da danışan Selçuk Bayraktar deyib: “Qiymətli olan torpaqların mübarizəsi də çətin olur. Şuşanın qəhrəman əsgərlərimizin şücaəti sayəsində azad olunması və dünya tarixinə zərbə PUA-ları vasitəsilə qazanılan ilk qələbə kimi düşməsi bizlər üçün böyük məna ifadə edir”.