YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında “Biz Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbinin ilk dərsi keçirilib

YAP Səbail rayon təşkilatında “Biz Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbinin ilk dərsi keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Pedaqogika üzrə elmlər doktoru Piralı Əliyev iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev belə tədbirlərin  keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb: “Biz bu tədbiri keçirməklə nəzərdə tutmuşuq ki, Heydər Əliyevin irsi, Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə gənclərimizi məlumatlandıraq. Zaman göstərdi ki, Heydər Əliyevin Azərbaycan xalqının taleyi və ölkəmizin bu günü üçün gördüyü işlər əvəzsizdir. Siz gənclər də, əminəm ki, hər biriniz böyük şəxsiyyət haqqında kifayət qədər məlumatlı olmaq istəyirsiz. Bu məktəbin əsas əhəmiyyəti ondan ibarətdir ki, siz bu xalqın dahi şəxsiyyətini daha yaxından tanıyasınız”.

Daha sonra isə çıxış üçün söz Pedaqogika üzrə elmlər doktoru Piralı Əliyevə verilib. Piralı Əliyevə qeyd edib ki, Heydər Əliyev irsi elmi, pedaqoji, siyasi baxımdan çox geniş rakursludur: “Bu irs isə nə qədər araşdırılsa belə, hələ də araşdırılmağa və yeni məlumatlar öyrənilməyə davam edilir. Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə xalqın gələcəyi kimi baxıb və onların təhsil almasının vacibliyini bildirib. Bu istiqamətdə də hər zaman böyük addımlar atıblar. Belə ki, ilk növbədə təhsil almaq üçün gənclər xarici ölkələrə göndərildi. Bundan əlavə Heydər Əliyev hər zaman məktəbləri ziyarət edir və şagirdlərlə, təhsil prosesi ilə yaxından tanış olurdu. Bütün bunlar Ulu Öndərin gənclərin xalq üçün yararlı bir şəxsiyyət olmasında təhsilə nə qədər önəm verdiyinin göstəricisidir”.

Çıxışlar bitdikdən sonra isə gənclərin sualları cavablandırılıb və müzakirələr aparılıb.