YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Prezidenti Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb

Prezident Co Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.

Mark Libbi Dövlət Departamentinin Vaşinqtonda yerləşən Milli Müharibə Kollecində məsləhətçisidir. O, 2018-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına kimi ABŞ-ın Brüsseldəki missiyasında missiya rəhbərinin müavini və Avropa İttifaqındakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. ABŞ-ın Varşava, Nassau, Nikosiya və Bağdaddakı diplomatik missiyalarında siyasi məsləhətçi qismində xidmət edib.

Mark Libbi magistr dərəcəsini Milli Müharibə Kollecində alıb. O, polyak və fransız dillərində sərbəst, rus, türk və alman dillərində isə məhdud dərəcədə danışır.

DİGƏR Xəbərlər Arxiv