YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə naziri Samir Şərifov Vaşinqtonda “G-20” ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edir

Maliyyə naziri Samir Şərifov Vaşinqtonda “Böyük iyirmiliyin” (G-20) üzvü olan ölkələrin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin aprelin 16-17 keçirilən iclasında iştirak edir.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “G-20” ölkələri rəhbərlərinin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.
Toplantıya “G-20”yə üzv və dəvətli ölkələrin nazirləri və mərkəzi bank rəhbərləri ilə yanaşı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından yüksək səviyyəli nümayəndələr qatılacaq.
Azərbaycan Respublikası “G-20”-nin bu ilki ev sahibi kimi Türkiyə Respublikası tərəfindən dəvətli ölkə qismində bu toplantılarda iştirak edir.
Azərbaycanın maliyyə naziri Vaşınqtonda, həmçinin Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının ənənəvi yaz görüşlərinə də qatılacaq.