YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzi ilə tanışlıq JIJI PRESS agentliyinin icraçı direktorunda dərin təəssüratlar yaradıb

Yaponiyanın JIJI PRESS agentliyinin icraçı direktoru Sadafumi Tani və agentliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Hiroşi Masuda aprelin 15-də Heydər Əliyev Mərkəzində olublar.
Qonaqlar Heydər Əliyev Muzeyi və hazırda Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış olublar. Diqqətə çatdırılıb ki, Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi Heydər Əliyev Muzeyi təşkil olunarkən burada onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks etdirilməsinə önəm verilib. Bu gün muzey həm də Heydər Əliyev irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qonaqlara muzeydəki eksponatlar barədə məlumat verilib.
Yaponiyalı qonaqlar daha sonra Mərkəzin daimi “Mini Azərbaycan” və “Azərbaycan inciləri: tarixin axarında” sərgiləri ilə tanış olublar. “Mini Azərbaycan” sərgisi vasitəsilə paytaxt Bakı və regionlardakı tarixi və modern binalarla tanışlıq qonaqların marağına səbəb olub. Sadafumi Tani və Hiroşi Masuda, həmçinin Mərkəzdə belçikalı rəssam Vim Delvuanın yeni açılan fərdi sərgisində nümayiş etdirilən əsərlərə baxıblar. Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında sərgilənən, yapon rəssam Yayoi Kusamanın müəllifi olduğu “Sabahın çiçəkləyən gülləri” əsəri qonaqlarda xüsusi maraq doğurub.