YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda “Müstəqilliyə aparan yol” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Mərkəzi Kitabxana Sistemi ərazi partiya təşkilatında 28 May - Dövlət Müstəqilliyi Günü münasibəti ilə “Müstəqilliyə aparan yol” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatı Mərkəzi Kitabxana Sistemi ərazi partiya təşkilatın sədri Əlhəddin Nəzərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan danışıb.

Daha sonra çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən nadir ölkələrdəndir. Müsəlman dünyasında ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də xalqımızın qədim dövlətçilik ənənələrini bərpa edərək, Şərqdə ilk müstəqil respublika kimi adını tarixə yazdı. Vurğulanıb ki, cəmi 23 ay yaşasa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin əsasını qoydu.

S.Əliyevin sözlərinə görə, Azərbaycanın müstəqillik yoluna qədəm qoyması məhz Heydər Əliyev fenomeni ilə bağlıdır. O dövrdə cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqilliyini bərpa etmiş ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. O da qeyd olunub ki, Heydər Əliyev ideyalarının ən etibarlı və sədaqətli davamçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən islahatçı lider kimi ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu.

Partiya fəalları Arzu Hüseynova, Lətafət Əlirzayeva və başqaları da çıxışlarında dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında Ulu Öndərin müstəsna xidmətlərindən, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.