YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Məşhur Məmmədov seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı şəhərində seçicilərlə növbəti görüşünü keçirib.  Qəbulda bir şəhid atası və bir qazi olmaqla 14 nəfər iştirak edib.

Görüşdə seçicilər onları narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparıb, həlli vacib məsələləri diqqətə çatdırıblar.

Millət vəkili Məşhur Məmmədov dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətdən və onun fonunda sosial siyasətin uğurlarından bəhs edib. Bildirib ki, vətəndaş amilinə verilən önəm atılan addımlarda özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev daim çıxışlarında vətəndaş məmnunluğunun artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Hazırda paytaxt və bölgələrimizdə görülən işlərə diqqət yetirsək kompleks tədbirlərin dövlətimizin daha da güclənməsinə, xalqımızın rifahının daha da yüksəlməsinə xidmət etdiyini böyük əminliklə qeyd edə bilərik. Xalqımız ölkə Prezdenti İlham Əliyevin hər bir təşəbbüsünü dəstəkləyir, onun ətrafında sıx birləşir, gələcəyə daha böyük inamla addımlayır. Qalib Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.

Seçicilərin müraciətlərinin bir qismi yerində həll edilib, digərlərinin həlli ilə bağlı  aidiyyəti qurumlara müraciət  ediləcəyi bildirilib.

Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak ediblər.