YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Azərbaycan regionun iqtisadi mərkəzidir

«Hazırda dünyada çox mürəkkəb proseslər baş verir. Bu proseslər heç bir məntiqə sığmır. Təəssüf ki,  bu gün beynəlxalq hüquq normaları işləmir, güclü dövlətlər öz məqsədlərini həyata keçirmək istəyirlər». Bu fikirləri YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, bu proses fonunda dünya ölkələrində iqtisadi çətinliklər də baş verməkdədir. Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycan inkişaf edir.

«Dünyanın inkişaf etmiş ölkələrində iqtisadi artım göstəricisi 1,4 faiz civarındadır. Amma Azərbaycanda bu göstərici daha yüksəkdir. Təkcə bu ilin birinci rübünün nəticəsinə görə, ölkəmizdə ÜDM 5 faiz, qeyri-neft sektoru isə 7 faiz artıb. Təbii ki, bu göstəricilərə çox dərin düşünülmüş siyasət nəticəsində nail olunub. Bir sözlə, uğurlarımız davamlıdır. Azərbaycan regionun iqtisadi mərkəzidir»- deyə, Ş.Hacıyev vurğulayıb.