YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukraynanın sabiq prezidentləri Bakıya gələcəklər

Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko aprelin sonunda Azərbaycana gələcəklər. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.
Komitədən verilən məlumata görə, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan Forumda sabiq prezidentlərin Ukraynadakı vəziyyətə dair çıxışı nəzərdə tutulub.
Tədbirdə nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, hər üç sabiq prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləridir.
Aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda BMT-nin keçmiş baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq dövlət katibi Henri Kissencer kimi nüfuzlu siyasətçilər, həmçinin Qırğızıstan Prezidenti Almazbek Atambayev, Makedoniya Prezidenti George İvanov, Bolqarıstan Prezidenti Roşen Plevneliyev, Andorranın Baş naziri Antoni Marti və bir sıra ölkələrin sabiq prezidentləri, keçmiş hökumət rəhbərləri iştirak edəcəklər.