YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zamir İsayev: Azərbaycan multikulturalizminə, tolerantlığına görə dünya ölkələrinə ən yaxşı örnəkdir

Azərbaycan multikulturalizminə, tolerantlığına, humanistliyinə, milli azlıqlara münasibətinə görə dünya ölkələrinə, xüsusilə də Avropa ölkələrinə ən yaxşı örnəkdir.

Bu fikirləri Fransa Ravvinləri Konqresində iştirak edən Azərbaycan dağ yəhudilərinin ravvini Zamir İsayev deyib.

Konqresin məhz Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsinin təsadüfi olmadığını qeyd edən Z. İsayev bildirib ki, Fransa ravvinlərinə Azərbaycan reallıqlarından, ölkəmizdəki inkişafdan, multikulturalizm ənənəsindən, eləcə də yəhudi icmalarından, onların həyatından bəhs ediləcək.