YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda Vətən müharibəsi şəhidi Zeynal Şahhüseynlinin xatirəsi anılıb

Masallı rayonunda Vətən müharibəsi şəhidi Şahhüseynli Zeynal Füzuli oğlunun doğum günü qeyd olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbülfəz Nuriyev, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, partiya üzvləri, rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv