YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda şəhid Səfa İsazadənin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib

Oğuz rayonunun Xaçmaz kəndində Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi İsazadə Səfa Əmirxan oğlunun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilat nümayəndələri, Oğuz Rayon İcra Hakimiyyətinin və Oğuz rayon Gənclər və İdman idarəsinin əməkdaşları, şəhidin məzunu olduğu Xaçmaz kənd 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Səfa İsazadədin, o cümlədən Şəhidlər xiyabanında uyuyan digər Vətən oğullarının məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Sonra məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər və mahnılar səsləndirilib.

Qeyd edək ki, İsazadə Səfa 2020-ci il oktyabrın 14-də Suqovuşan uğrunda döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv