YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhid Cəlil Xeyrullayevin doğum günündə ailəsi ziyarət olunub

Quba rayonunda 44 günlük Vətən müharibəsində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhid Xeyrullayev Cəlil Mürvət oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları və partiya fəalları rayonun II Nügədi kəndində şəhidin ailəsini ziyarət ediblər.

Görüşdə Cəlil Xeyrullayevin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib. YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açıb.      Bildirilib ki, Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq və onları hər zaman yaşatmalı, gələcək nəsillərə tanıtmalıyıq.   

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Cəlil Xeyrullayev 2020-ci il oktyabrın 15-də Füzuli uğrunda gedən ağır döyüşlər zamanı şəhidlik məqamına ucalıb.  Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunması görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin  azad olunmasına görə” medalları ilə təltif edilib.