YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan Vüqar Sadıqovun doğum günündə xatirəsi anılıb

Ağstafa rayonunun Göycəli kəndində Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn Sadıqov Vüqar Lətif oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, şöbənin əməkdaşı Vüqar Həsənov, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, partiya fəalları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Həmçinin Vətən müharibəsi şəhidi Mehdizadə Qurban Aydın oğlunun da məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhid Vüqar Sadıqovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Söhbət zamanı şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.