YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda Vətən Müharibəsi Qəhrəmanının övladının doğum günü qeyd olunub

Masallı rayonunun Viləş kəndində İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin yadigarı balaca Nurun doğum günü qeyd olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Masallı RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi partiya təşkilat sədrləri və YAP fəalları şəhidin ailəsini ziyarət ediblər.

Görüşdə Vətən Müharibəsi Qəhrəmanının şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığından bəhs edilib, ailələnin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.