YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda “Heydər Əliyevin şah əsəri - Müstəqil Azərbaycan” mövzusunda konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və qarşıdan gələn Müstəqillik günü münasibətilə “Heydər Əliyevin şah əsəri - Müstəqil Azərbaycan” mövzusunda konfrans keçirilib. Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb.

Tədbirdə öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı İsa Eminov bugünkü müstəqil və bütöv Azərbaycanın Ulu Öndərin şah əsəri olduğunu deyib. Bildirilib ki, bu gün müstəqil Azərbaycan dövləti özünün davamlı inkişaf dövrünü yaşayır və bu inkişafın təməlində Ümummilli Liderin siyasi kursu dayanır.

YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov da çıxışında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın dövlətçilik ənənələrinə verdikləri yüksək dəyərdən bəhs edib.

Konfransda çıxış edən partiya fəalları Ellada Yaralıyeva, Nurlan Qəribov və Səma Əliyeva ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında tarixi xidmətlərindən danışıb, ölkəmizin gələcək inkişafı naminə Prezident İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının sıralarında daha sıx birləşməyin vacibliyini vurğulayıblar.