YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı Bəyimsarov ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, ulu öndər Heydər Əliyevin ideyaları dünənimizin, bu günümüzün və gələcəyimizin əsasıdır. Ulu öndər Heydər Əliyevin adı çəkiləndə göz önünə Azərbaycanın, Azərbaycan deyiləndə Ümummilli Liderin gəlməsi də bu bağlılığın möhkəmliyini nümayiş etdirməklə yanaşı, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının aydın təsəvvürünü yaradır. E.Əsədov həmçinin onu bildirib  ki, Ulu Öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinə yeni, şanlı səhifələr yazılır, daha yüksək zirvələr fəth edilir.

Partiya fəalları Elşən Əsədov, Elnur Xıdırov, Mehriban Hüseynova, Ramiz Quliyev və Şəfiqə Hidayətova da çıxışlarında ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında tarixi xidmətlərindən danışıblar.