YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası​ Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağdaban kənd icra nümayəndəsi Murad Qurbanov Birinci Qarabağ müharibəsi şəhidi Qocayev Qara Qurban oğlunun ailəsini ziyarət ediblər.

Tərtər rayonunun Bəyimsarov kəndində​ məskunlaşmış şəhidin həyat yoldaşı 104 yaşlı Qocayeva Poluş Həsənqulu qızı ilə görüş zamanı YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ​Qocayev Qara Qurban oğlu İkinci Dünya müharibəsinin də iştirakçısı olub.​ 1992 ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələrinin Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri soyqırımı zamanı şəhidlik zirvəsinə yüksəlib.