YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında fəal partiya üzvü Asəf Zamanovun 65 illik yubileyi qeyd edilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiyanın fəal üzvü, əməkdar müəllim, professor Asəf Zamanovun 65 illik yubileyi qeyd edilib.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Asəf Zamanov Bakı şəhər Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri və eyni zamanda, partiyanın ziyalı üzvlərindən biri kimi rayon təşkilatının fəaliyyətində, həmçinin rayonun ictimai-siyasi, mədəni həyatında hər zaman yüksək fəallıqla iştirak edib. Qeyd olunub ki, Asəf Zamanov 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Asəf Zamanovun iş təcrübəsindən, dövlətimizə, xalqımıza göstərdiyi xidmətlərdən bəhs edib, yubiliyara elmin və təhsilin inkişafına göstərdiyi yorulmaz fəaliyyətində uğurlar arzulayıb.

Asəf Zamanov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası sıralarında qürurla təmsil olunduğunu söyləyib.

Sonda A.Zamanova rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə və 65 illik yubileyi münasibətilə fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv