YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda “Tələbə Kuboku” adlı mini futbol turniri başa çatıb

Məktəb-Lisey Kompleksində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Tələbə Kuboku” adlı mini futbol üzrə rayon turniri keçirilib.

Turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.

Turnirin bağlanış mərasimində YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin müəllimləri və futbolçu tələbələr iştirak ediblər.

Çıxış edənlər ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıblar.

Qeyd edək ki, 11 komandanın iştirak etdiyi turnirdə I yerə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, II yerə Azərbaycan Dövlət Pedaqoji Universiteti, III yerə Bakı Avrasiya Universiteti, IV yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecin komandaları layiq görülüblər.

Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.