YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.